Azərbaycanda 200.000 manat saxta pul yaxalanıb VIDEO

Hər zamankı kimi rəsmi reytinq göstəricilərində birinci olan, yüz minlərlə tamaşaçının hər yeni bölümünün yayımını böyük səbirsizliklə gözlədiyi "Toy gecəsi" bədii televiziya serialının 20-ci bölümündə də bir sıra maraqlı hadisələr baş verir.

Beləki, Zaurun əldə etdiyi diskdəki görüntülər vasitəsilə tanınmış sənətçi Namiq Qaraçuxurlunun canlandırdığı Murad Qəhrəmanov xalası və nişanlısının anası Cəvahirə Səbinəni hədələtdirdiyini sübut edir. Əvvəl hər şeyi boynundan atan Cəvahir sonradan bunu qızının xöşbəxtliyi üçün etdiyini söyləməklə özünü təmizə çıxarmağa çalışır. Amma Murad bunu qəbul etmir və nişanı qaytardığını bəyan eləyir. Xəstəxanadan çıxan Aygünlə həkimi - uşaqlıq dostu və sinif yoldaşı olan Fərid arasında isti bir münasibət yaranır. Bəlli olur ki, onlar hələ məktəb illərindən bir-birlərini sevibmişlər. Aslanla yeganə rəqibi Gülya arasında çox kəskin bir söhbət olur. O, boşanmaqla bağlı Gülyanın qarşısında qəti şərt qoyur. Bu arada Aslana zəng gəlir. Məlum olur ki, Rza adlı bu şəxsdə Aslanın xəstəxanada qardaşı Cəlili boğaraq öldürdüyü əks olunan görüntülər var. Bazarlıq başlayır. Rza görüntülərin əvəzində Aslandan 200.000 manat pul istəyir. Aslan deyilən məbləği Rzaya verir. Sonradan bu pulların saxta olduğu ortaya çıxır. Hadisələrin inkişafı pik həddinə çatır. Aldadıldığını görən Rza görüntülər olan diski Zərifənin evinə yollayır və...

Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, bu gün axşam saat 19.00-da "Toy gecəsi" bədii televiziya serialının 20-ci bölümünü ATV kanalında izləməyi unutmayın. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31