Rafetlə Ezo Bakıya gəlir
18 Fevral 2014 18:44 MədəniyyətTürkiyəli müğənni Rafet El Romanın Bakıya növbəti səfəri apreldə baş tutacaq. Axşam.az-ın məlumatına görə, türkiyəli ifaçı bu dəfə Heydər Əliyev Sarayında konsert verəcək. Onunla birlikdə duet ortağı, azərbaycanlı sənətçi Ezo da səhnəyə çıxacaq. Bu haqda müxbirimizlə söhbətində təşkilatçı Nahid Emiloğlu məlumat verib:
"Rafet və Ezonun yeni albomu işıq üzü görəcək. Konsertdə həmin albomdan olan mahnılar səsləndiriləcək. Maraqlı gecə olacaq. Konsert aprelin ilk ongünlüyündə keçiriləcək".
Qeyd edək ki, konsertin informasiya dəstəyi Axşam.az saytıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31