Dünyanın ən varlı gəncləri
18 Fevral 2014 19:33 MədəniyyətMəşhur "Teen's Digest" jurnalı ənənəvi "Dünyanın ən varlı gəncləri" reytinqinin yeni versiyasını açıqlayıb.
DHA bildirir ki, yaşları 20-yə çatmamış gənclərin yer aldığı reytinqə pornoqrafik filmlər biznesinin maqnatlarından biri, milyarder Pol Raymondun nəvəsi və varisi İndia Rouz Ceyms başçılıq edir. 18 yaşlı bu qızın 120 milyon dollarlıq sərvəti var.
2-ci yerdə kanadalı pop-ulduz Castin Biber bərqərar olub. O, 110 milyon dollarlıq varidata malikdir. (milli.az)
"Dünyanın ən varlı gəncləri" reytinqi belədir:
1. İndia Rous Ceyms - 120 milyon dollar
2. Castin Biber - 110 milyon dollar
3. Nick D-Aloisio - 20 milyon dollar
4. Dakota Fanning - 19 milyon dollar
5. Ebiqeyl Breslin - 12 milyon dollar
6. Anqus T.Cons - 9 milyon dollar
7. Ceyden Smit - 5 milyon dollar
8. Uillou Smit - 4,5 milyon dollar
9. Qreys Morets - 4 milyon dollar
10. Elle Fenninq - 3 milyon dollar