Məşhur türk müğənni 18 kq arıqladı

Türkiyənin populyar müğənnilərindən olan Deniz Şeki sərt pəhriz və məşqlər sayəsində izafi çəkidən qurtulmağa başladığını deyib. O, 2,5 ayda 18 kq arıqladığını bildirib. AHT bildirir ki, dünən Ankarada konsert verən D.Şekinin sözlərinə görə, izafi çəkidən qurtulmaqda ona dietoloq Bahar Aktan və fitnes təlimatçısı Seda Çağkan yardım edirlər.
"Əldə etdiyim çəkini qorumaq və yenidən kökəlməmək üçün ciddi pəhriz saxlayıram, məşq edirəm", - D.Şeki deyib. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31