Eldarın konsertinə bilet tapılmır
18 Fevral 2014 17:08 MədəniyyətAzərbaycana Eurovision mahnı müsabiqəsində qalibiyyət gətirən sevilən müğənni Eldar Qasımov 23 fevral tarixində şəhərin əyləncə mərkəzlərinin birində ilk dəfə olaraq konsert verməyə hazırlaşır. "The One" adlı proqramla sevənlərinin qarşısına çıxacaq müğənni sosial şəbəkələrdəki səhifəsində qonaqlara maraqlı sürprizlər vəd edib. Konsert hazırlıqlarına və " Böyük Səhnə" projesindəki münsif fəaliyyətinə başı qarışan sənətçi bu arada sevənləri tərəfindən xoş sürprizlə qarşılaşıb. Belə ki, Eldarın baş tutacaq konsertinin bütün biletləri 10 gün öncədən bitib. Bu barədə "OLAYLAR"-az-a açıqlama verən konsertin təşkilatçısı Sənan Kazımov tələbatı nəzərə alaraq Eldarla yeni konsert layihələri etmək fikrində olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31