Gənc pianoçumuz üçüncü oldu

Malta Respublıkasının paytaxtı Valletta şəhərində pianoçuların I Beynəlxalq Müsabiqəsi keçirilib. Müsabiqəyə Yaponiya, Koreya, Çin, Türkiyə, Fransa, İtaliya, Rusiya, Qazaxıstan, Litva, Almaniya və Portukaliyadan 30-dan artıq iştirakçı qatılıb. Azərbaycanı  müsabiqədə Ayan Məmmədli, Maqsud Musazadə təmsil edib.Müsabiqədə iştirakçılar, dünyada tanınmış məşhur musiqiçilər olan -Pyer Rik (Fransa), Antonio Kustofano (İtaliya), Anatoliy Kac (Rusiya), Alan Çirkop (Malta), Evelina Bateyin (Malta -Avropa Mədəniyyət və İncəsənət Mərkəzinin direktoru) təmsil olunduğu münsiflər heyətinin qarşısında çıxış edərək yarışmaya qatılıblar.

Müsabiqənin yekununda kiçik yaşlılar arasında Malta Respublikasının nümayəndəsi I, Çin Xalq Respublikasinin nümayəndəsi II, Azərbaycan Respublikasını təmsil edən Ayan Məmmədli isə III yerin qalibi olub.

Həmyerlilərimiz Ayan Məmmədli K.Kollingin macar rapsodiyasını, Maqsud Musazadə isə K.Çerninin Noktyurnasını məharətlə ifa etdiklərinə görə Avropa  Mədəniyyət və İncəsənət Mərkəzinin xüsusi Diplomuna layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31