İradə İsaq Elza Seyidcahanı atasını axtarmamaqda suçladı
Müğənninin atasının müəmmalı gedişi
17 Fevral 2014 12:38 Mədəniyyətİstedadlı telejurnalist, BDU-nin jurnalistika fakültəsinin pedaqoqu İradə İsaq "Düz üzünə" verilişi ilə ATV izləyicilərinin görüşünə gələcək. Şou-biznes qəhrəmanlarının mənfi və müsbət cəhətlərini, yalanlarını real faktlarla düz üzünə deyəcək. 18 fevral saat 21:40-da efirə gedəcək verilişin ilk qonağı əməkdar artist Elza Seyidcahan olacaq. Verilişin çəkilişi zamanı gərgin anlar yaşanıb. Elza xanım aparıcının kəskin sualları qarşısında çıxılmaz və gözləmədiyi vəziyyətə düşüb. Hələ uşaq ikən atası tərəfindən atılan, bu günə kimi ölüm və dirim xəbəri bilinməyən müğənninin atası haqqında aparıcının verdiyi suala cavab tapa bilməyən Elza Seyidcahanı İradə İsaq o ki var suçlayıb. Müğənnini atasını axtarmamaqda ittiham edib. Çap olunmuş yazıların birində Elza xanımın özünü bir nömrəli vokalçı adlandırması kəskin tənqidlərə səbəb olub. Fidan və Xuraman Qasımovalar, Azər Zeynalov, Fidan Hacıyeva, Samir Cəfərov kimi vokalçıların yanında belə bir fikiri söyləmək və onlarla eyni vokalçı səviyyəsində dayanmaq absurd fikir olduğundan dəvətli ekspert jurnalistlərin tənqid yağışı başlanıb. Müğənninin eyni zamanda geyimləri müzakirə obyektinə çevrilib. Aparıcının müğənninin ailə problemlərinə müdaxiləsi Elza xanımı özündən çıxarıb. Çox gərgin anlar yaşanıb. Bəstəkar-müğənninin həyat və sənət yolundakı mənfi və müsbət cəhətlər düz üzünə söylənilib. Qarşıdakı verilişlərdə isə Nadir Qafarzadənin göz yaşları, Firuzə İbadovanın hələ də unuda bilmədiyi sevgilisi haqqında faktlar, Hüseyn Dəryanın narkomaniya həyatı ilə bağlı faktlarla aparıcı tamaşaçıların görüşünə gələcək. Düz sözdən qorxan sənət adamları, hazırlşın. Verilişə gəlməsəniz, sizi əvəz edə biləcək çox gözəl bitki və tərəvəzlər var. Özünüz verilişdə iştirak etsəniz, daha yaxşı olar. Çalışın yanlış məlumat və informasiyalar verməyin. Çünki bu verilişdə dediyiniz hər fikirə aydınlıq gətiriləcək ("OLAYLAR").