Tatlısəs körpə qızını göstərdi FOTO

"Mənim də artıq bir sevgilim var"

Tanınmış türkiyəli sənətçi, imperator ləqəbli İbrahim Tatlısəs yeni sevgilisindən yazıb. 14 fevral günü münasibəti ilə müğənni ən kiçik övladının şəklini paylaşıb. O, fotonu "mənim də artıq bir sevgilim var. Uşaqlarımın ən kiçiyi, qızılım Elif Ada!!!. Canım, o mənim canımdır".
"Bu gün sevgililər günü deyil, əslində ticarət günüdür. Könül istərdi ki, bir sevgilim olsun. İlk dəfə bu günü sevgilisiz keçirirəm. Oh nə rahat", deyə müğənni yazıb.
Məşhur sənətçinin ən kiçik övladının anası Ayşegül Yıldızdır. Müğənni ötən ilin sonunda iki illik ailə həyatına son qoyaraq boşanıb.
Xatırladaq ki, 11 il sevgili olduqdan sonra 2011-ci ildə başından güllələnən İbrahim Tatlısəs Ayşegül Yıldız ilə xəstəxanada evlənmişdi. Bu evlilikdən onların aprel ayında 1 qız övladı dünyaya gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31