Belarusiyada “Min bir gecə” baletinin premyerası olacak
14 Fevral 2014 17:30 MədəniyyətFevralın 16-da Belarus Dövlət Akademik Musiqi Teatrında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti Fikrət Əmirovun "Min bir gecə" baletinin premyerası keçiriləcək. Belarusun ölkəmizdəki səfirliyindən verilən məlumata görə, baletə quruluş vermək üçün Azərbaycanın Xalq Artisti, quruluşçu-baletmeyster Mədinə Əliyeva, quruluşçu-rəssam İnarə Aslanova və beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev Minskə dəvət olunub. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31