Nadir Qafarzadə erməni mahnısından danışdı VIDEO
"Kökü bilinməyən "millətin" musiqisi necə ola bilər?"
14 Fevral 2014 13:59 MədəniyyətAzərbaycanlı müğənni Nadir Qafarzadə erməni mahnısı ifa etməsi ilə bağlı yayılan söhbətlərə aydınlıq gətirib. ANS PRESS-in məlumatına görə, ANS-də yayımlanan "Günə Baxan" verilişinin qonağı olan sənətcçi ermənilərin ömürboyu oğurluqla məşğul olduqlarını deyib. "Onlar özləri oğrudurlar. Kökü bilinməyən "millətin" musiqisi necə ola bilər. Bizim Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Zeynəb Xanlarova, Alim Qasımov kimi korifeylərimiz var. Onlar isə ömürboyu onun-bunun ətəyindən yapışıb, yad torpaqlara giriblər, bizim musiqimizdən, mətbəximizdən bəhrələnibblər".
N.Qafarzadə özünün ümumiyyətlə düşmən musiqisi dinləmədiyini deyib. Onun sözlərinə görə, ifa etdiyi mahnı "Bala" adlanır. "Ermənilərdə heç vaxt bala sözü olmayıb. Əgər bu onların mahnısıdırsa nə üçün erməni dilində deyil, rus dilində ifa edilib? Nə üçün klipdə mahnının müəlliflərinin adları qeyd edilməyib. Ermənilər bizim "Sarı gəlin","Vokaliz" və sairə musiqilərimizi, balabanmızı oğurlayıblar. Onlar hətta rus borşunu belə erməni borşu adı altında təqdim edirlər".
Müğənni ifa etdiyi mahnının ispanlara aid olduğunu qeyd edib.