Selena Qomes: "Hamısı yalandır!"

Məşhur müğənni və bəstəkar, aktrisa və model Selena Qomes ötən ay yorulduğunu, tükəndiyini deyərək reabilitasiya mərkəzinə yollanmışdı. 4 gün əvvəl o, reabilitasiya kursunu qismən başa vurub və ilk dəfə mərkəzi tərk edib. Reportyorlar Selenanı Beverli-Hillz səmtində alış-verişə yollanarkən çəkmişdilər. "Spirtli içkilərə və narkotik maddələrə aludə olduğumu deyirlər. Sərxoşluq və narkomaniyadan müalicə aldığımı da iddia edirlər. Yalandır! Sadəcə, son bir ildə həddən ziyadə çalışdım. Konsertlər, fotosessiyalar, çəkilişlər, xeyriyyə tədbirləri, qastrollar... Psixoloji və fiziki cəhətdən çox yorulmuşdum. İstirahətə, reabilitasiyaya ehtiyacım vardı", - 21 yaşlı S.Qomes söyləyib.

Bu günsə Selena bildirib ki, "Meadows" klinikasındakı reabilitasiya kursu tam başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31