Nazpəri Dostəliyeva: “Mənim üçün Sevgililər günü 30 iyundadır”

Bu gün dünyada Sevgililər günü qeyd olunur. Bəs görəsən bizdə sənət adamları bu günü qeyd edirlərmi? Bu sualla xalq artisti, sevilən sənətkarımız, ADMİU-nun pedaqoqu Nazpəri xanım Dostəliyevaya müraciət etdik. Xanım-xatın sənətkarımız "OLAYLAR"a eksklüziv açıqlama verdi: "Sevgi ülvi bir hissdir. Sevgisiz ürək döyünməz. Siz qeyd etdiyiniz kimi, bu gün dünyada Sevgililər günü qeyd olunur. Mən Azərbaycanımı, dövlətimi sevən, dinimizə hörmətlə yanaşan bir xanımam. Mənim üçün Sevgililər günü 30 iyun - İlhamla Fərizənin toy günü, ülvi sevginin rəmzi günüdür. Düzdür, bu gün sevgilərlə dolu təbriklər qəbul edirəm. Amma mən Sevgililər gününü möhtəşəm bir şəkildə iyunun 30-da qeyd edəcəm. Mən də sevirəm, sevib-sevilirəm. Məni sevənlərə, mənə təbrik ünvanlayanlara təşəkkürümü bildirirəm. Çox istərdim ki, gənclər 14 fevralı böyük şövqlə qeyd etdikləri kimi 30 iyunu da təntənəli qeyd etsinlər. Axı bizim milli Sevgililər günü 14 fevral deyil, 30 iyundur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31