“Mən arıqlaya bilmirəm”

Məşhur fransız diyetoloqu Pyer Dükanın "Mən arıqlaya bilmirəm" kitabı satışa çıxarılıb. Müəllif əsərində tətbiq edilmiş bütün pəhriz metodlarının mənfi və müsbət cəhətlərini nəzərə alaraq ən doğru üsulu təqdim edib. Azruolunan çəkiyə sahib olmaq üçün bir yol təqdim edilir-pəhrizə yüzdəyüz əməl etmək. O qədər də mürəkkəb olmayan pəhriz haqda məlumat verən diyetoloq ərzaq məhsullarını necə və nə vaxt, hansı kombinasiyalarda qəbul etməyin rəsmini çəkib.
Onun tətbiq etdiyi pəhriz sayəsində bir sıra dünya şöhrətli adamlar - Karl Laqerfeld, Cenifer Lopes, Penelopa Kruz, Jizel Bundhen kimi ünlü şəxslər və bütün dünya üzrə 15 milyon insan artıq çəkidən xilas olub.
"Mən arıqlaya bilmirəm" kitabı arıqlamaq istəyənlər üçün olduqca faydalı və əvəzsiz kitabdır.

Yenicə işıq üzü görən kitab Ramil Namiq, Nihat Kazımlı tərəfindən dilimizə tərcümə edilib. Kitabın qiyməti 10.99 AZN-di
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31