Nejat İşlər reanimasiyadan çıxarıldı

Sətəlcəm olduğu üçün 1 aydır reanimasiyada qalan türkiyəli aktyor Nejat İşlərdən daha bir sevindirici xəbər gəlib.  Axşam.az-ın məlumatına görə ulduz 26 gündən sonra reanimasiydan çıxarılıb. Xəstəliyi ilə sevənlərini qorxudan Nejatın hazırda müalicəsi davam etdirilir. Bu səbəbdən hələ ki, İşlər xəstəxanadan evə buraxılmayıb.
 Xatırladaq ki, yanvarın 17-də pisləşərək Bodrumda xüsusi xəstəxanaya aparılan aktyor yanvarın 22-də təcili yardım təyyarəsi ilə İstanbula gətirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31