Türkiyənin tanınmış müğənnisi Ajda Pekkan cərrahiyə masasına uzanacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bunun üçün Honq-Konqa yola düşüb.
İfaçı dizindəki ağrılarla bağlı əməliyyat ediləcək. Meniskus adlanan əməliyyatdan sonra Ajda Pekkan bir müddət də Asiya ölkəsində qalacaq. Həmin zaman kəsiyində fiziki müalicə aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31