Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanasının açılışı olub

Səbail rayonu Bibiheybət qəsəbəsində kitabxana və Mədəniyyət evinin açılşı olub.  Açılış mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qəsəbədəki Mədəniyyət evi və kitabxananın əsaslı təmiri ilə bağlı həyata keçirilən işlər barədə məlumat verib. Natiq qəsəbənin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb.

Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən imzalanmış Dövlət Proqramlarının icrası nəticəsində respublikamızın bütün bölgələrində, o cümlədən Bakı şəhərində yeni tikilmiş və ya əsaslı təmir olunmuş mədəniyyət ocaqları barədə məlumat verib, bu işlərin davam etdiriləcəyini bildirib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31