Nisə Qasımova 60 yaşında göz qamaşdırır!
13 Fevral 2014 13:42 MədəniyyətBu gün Azərbaycan musiqisinin canlı əfsanəsi, xalq artisti Nisə xanım Qasımovanın doğum günüdür. 60 illik yubileyini qeyd edən müğənni bu il də doğum gününü təmtaraqsız, ailə üzvlərinin əhatəsində qeyd edəcək. Bu arada sənətkar xanım ad gününə ilk olaraq özü özünə hədiyyə edib. Belə k,i müğənni öz istəyi ilə rəngarəng fotoçəkimlər reallaşdırıb. Bu barədə "OLAYLAR"az-a açıqlama verən xanım Qasımova bunları söyləyib: " Mən heç vaxt ad günümü qeyd etməyi sevməmişəm. Amma bu dəfə yubiley olduğundan özümə hədiyyə etməyi qərarlaşdırdım. Fotolar vasitəsilə özümə bir də illərdən sonra baxmaq istədim. Nəticə də könlümcə oldu" Qeyd edək ki fotosetdə modelyer Şəlalə Maqsudova, ukraynali vizaj ustasi Lola Bagisheva və fotoqraf Ruslan Teymurfulatov xalq artisti ilə bərabər çalışıblar.
Xatırladaq ki Nisə Qasımova 1954-cü ildə Bakıda anadan olub. 8 yaşından Əfsər Cavanşırovun rəhbərliyi ilə "Bənövşə" uşaq xorunun solisti olaraq ilk dəfə səhnəyə qədəm qoyur. Daha sonralar Sovetlər birliyində "S pesnyami jizni" beynəlxalq mahnı müsabiqəsində birincilik qazanır. 1972 ci ildən isə Dövlət televiziyasının solisti olan müğənni Almaniya,Ukraina,Danimarka,Birləşmiş Ərəb Əmirlikləri,Əfqanıstan,İslandiya,Türkiyə,Rusiya və s ölkələrdə solo konsert proqramları ilə çıxış edib. Bundan başqa xanım Qasımova 1994 cü ildə ilk dəfə dövlət televiziyasında müğənni aparıcı kimi fəaliyyət göstərib. Hazırda isə şəxsi productionunda fəaliyyətini davam etdirməklə yanaşı gənclərə dəstək üçün layihələr həyata keçirir.