"Sevgililər günündə hıçqıra-hıçqıra ağlayacam"

Tanınmış aktrisa Eva Mendes televiziya proqramlarından birinə qatılıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin "Sevgililər günündə nə edəcəksiniz" sualına verdiyi cavab izləyiciləri təəccübləndirib: "Mən romantik bir insan olduğumu düşünürəm. Amma Sevgililər günündə özəl bir şey etməyəcəyəm. Evdə "The notebook" ("Qeyd dəftərçəsi") filmini izləyib hıçqıra-hıçqıra ağlayacağam".
Qeyd edək ki, E. Mendes bu yaxınlarda sevgilisi Rayan Qosslinqdən ayrılıb. Qosslinq aktrisanın adını çəkdiyi filmdə rol alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31