Nazir vətəndaşları qəbul edəcək
Qəbulda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan sakinlər iştirak edə bilərlər
13 Fevral 2014 12:30 MədəniyyətMədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 21-də Xaçmaz şəhərində vətəndaşların qəbulunu keçirəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon Tarix-diyarşünaslıq muzeyində keçiriləcək qəbulda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan sakinlər iştirak edə bilərlər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı və ya 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31