Castin Biberin heykəlini götürdülər

Məşhur müğənni Castin Biberin heykəli Madam Tüsso muzeyindən götürülüb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu, sənətçinin pərəstişkarlarının etirazına səbəb olub. Onlar Castinin mum heykəlinə toxunmaqdan məhrum olmaq istəmirlər. Muzey rəhbərliyi isə onları səbirli olmağa çağırıb: "Təəssüflə bildirirəm ki, Castin Biberin heykəli bir müddət muzeyimizdə olmayacaq. Amma bir müddət sonra yeni fiquru görə biləcəksiniz. Heykəlin yenilənməsi qısa zamanda başa çatacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31