Maykl Ceksonun pərəstişkarları mənəvi zərərə görə müavinət alacaqlar
12 Fevral 2014 19:33 MədəniyyətFransada Maykl Ceksonun pərəstişkarları məhkəmədə müğənninin ölümü nəticəsində yaranmış mənəvi zərərə görə müavinət almağa nail olublar. Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu qərarı Orlean məhkəməsi qəbul edib.
Məhkəmə qərar verib ki, müğənninin təsadüfi ölümündə günahlandırılan həkim Konrad Mürrey beş pərəstişkarın hərəsinə 1 avro dəyərində müavinət ödəməlidir. Vəkil Emmanuel Lyudo qeyd edir ki, kumirin ölümü nəticəsində yaranmış mənəvi zərərə görə müavinətin qazanılması tarixdə ilk hadisədir.
Qeyd edək ki, Maykl Cekson 2009-cu ildə 50 yaşında ikən propofolun normadan artıq istifadəsi nəticəsində dünyasını dəyişib. 2011-ci ildə məhkəmə müğənninin həkimi olan Konrad Mürreyi Ceksonun ölümündə səhlənkarlıqda günahlandıraraq ona dörd il həbs cəzası verib.