Banu Avarın “Qaçın, demokratiya gəlir!” kitabı
25 Noyabr 2013 14:16 MədəniyyətSeymur Süleymanov
Tanınmış türk yazarı, professor, siyasətçi qadın Banu Avarın yeni kitabı çap olunmuşdur. Banu Avarın bu kitabını oxuduqca çox məsələlərin həllini tapırsan. Kitab "Kaçın Demokrasi Geliyor" adlanır. Kitabda indi demokratiya həsrətində olan ölkələrdən bəhs olunur. Eyni zamanda kitabda məşhur örgüt (gizli təşkilat) şirkətlərinin adları hallanır. Bunlardan biri də "Dəyişim akademiyası"dır.
Bu "akademiya"nın siyasəti nədən ibarətdir, nədən söz açır, bəhs edir?.. "Dəyişim akademiyası" barədə yazı 2011 ci ildə "The Ne yourk Times"qezetinə məxsusdur. İlk yazıda Misiri kimin və hansı qüvvələrlə devirdiyi barədə yazılır.
" Misirdə xalqı təşkilatlandıranlardan biri Əhməd Mahər və dostları Xalq qiyamları" məsələsində güclü təlim keçmişdilər. Onlar Yuqaslaviyada Miloseviçi devirən "OTPOR" təşkilatından ilhamlanırdılar. Arxalarında mərkəzi Qatarda olan bir məktəbi dayanırdı. Məhz bu məktəbin adı "Dəyişim Akademyası"dır.
"Dəyişim Akedemyası" ölkələrdə qlobal şüarlarla çıxış edir, qiyam, çevriliş istəyir. Burada bir çox ölkələrdən fəalları toplayır, onlara öz ölkələrindəki liderləri necə devirəcəkləri öyrədilir. Məqsədin heç də həmin ölkələrin xalqlarının rifah halının yüksəldilməsi, haqlarının qorunması deyil.
Tunis və Misirdəki hərakatların başında birbaşa "Dəyişim Akademiyası"nın tələbələri durmuşdu. "OTPOR" bu hərəkat üçün Qatarda xüsusi məktəb qurmuşdu. Onlar əsasən Şimali Afrika və Şərq ölkələri üçün "lider"hazırlamaqla məşğul olurdular. Qeyd edək ki, Qətər sələfi (vəhabi) dini cərəyanı mənsublarının əksəriyyət təşkil etdiyi bir məkandır. Vəhabilər isə digər təriqətlərin hakim olduğu ölkələrə qarşı həmişə kəskin radikal düşüncələri ilə fərqlənir. "6 Aprel" hərəkatı da bununla bağlı olan bir hərəkatdır."OTPOR" onlara taktika verməkdə və yaxından maliyə köməkliyi göstərməkdə idi. "Google" Şimal Afrika marketinq müdürü Vail Gonim bu ölkələrdə qiyama ilk kömürü atanlardan biri sayılır. İllərlə ac və işsiz buraxılmış, bir növ öz canından bezmiş Misir xalqı da küçələrdə idi. Mübarək ölkəni tərk edəndə Vail Gonim "Indilik işim bitdi"diyə bəyanat verdi. O necə də olsa bu bir şirkətin məsul siması idi və şirkətin öz etimadını güdaza verə bilməzdi.
Elə "OTPOR" da bir şirkət adıdır. Həm də tanınmış şirkətin adı. Amma bu şirkət açıq-aşkar şəkildə ölkələrdə qiyam törətməklə məşğul olur.Mitinqlərə də ən böyük dəstək o şirkətdən gəlir. Bu şirkətin qüdrətinə dövlətlər də həsəd apara bilər. Mediya əllərində, sosial şəbəkələrin əksəriyyəti onların ixtiyarında,.. Filmlər, kliplər, qəzet və jurnallar, TV kanalları, Tviter, Facebook,.. Hədəf ölkələrin gənclərini ayağa qaldırmaq elə də çətin sayılmır. Gənclik həmişə nəsə axtarır, köhnənin mahiyyətini dərk etmədən onu dəyişmək barəsində düşünür. Bu zaman ona dəstək verməklə qıcıqlandırmaq yetir. "OTPOR" hədəfindəki ölkələrdən seçdiyi gənc namizədləri Ağ Evə belə görüşməyə çağırır. Onların siyahısına düşmək asan olsa da oradan sağ ikən çıxmaq mümkün deyil. Seçilmiş gənclərə, xüsusən də gənc siyasi liderlərə yeni təlimlər keçdikdən sonra ölkələrinə qayıtdıqları zaman, həmin gənclər yenə də olarla əlaqə saxlayır, hesabat verir, yeni təlimatlar və maliyə alırlar. Şimali Afrika ölkələrində bu cür oldu. Onlar facebook üzərindən mitiqlərə çağırışlar etdlər. Qığılcım ətrafı alovlandırdı. Afrika ölkələrinin dörd bir tərəfində onlar fəal gənclərə pul verirdilər. Pul isə heç vaxt boş yerə verilmir. Misirdə prezident Hüsnü Mübarəkdən sonra taxta gətiriləcək Cəmal Mübarək "Bank of Amerika"da çalışmış, lider kimi hazırlanmışdı. Amma əsil plan başqa cür oldu. Tunisdə Zeynəl Abidin bin Ali ABŞ-Fransa təhsili görmüşdü. Zeynəl Abidin on illərlə taxta qaldı.
Livanlı Fuad "City Bank" da çalışmışdı.
Fəlistin Maliyə müdürü Salam Fayyad bir zamanlar Amerikan banklarına pul köçürürdü. Belə bir anlayışa gəlmək olur ki, hər kəs, hər yeni başqan ABŞ-in bir dediyini iki etməməli idi. Etdisə işi bitəcəkdi. Niyə birgə işdədikləri başqanları asanlıqla qapı arasına qoydular? Çünki kapitalizm bu ölkələrə geri dönürdü. Kapitalizmdə isə heç vaxt sədaqət olmur.
Banu Avarın kitabı bu kimi həqiqətləri yazır. Kapitalizm belədir: gərək səni yetirən nə çalacaqsa qarşısında oynamalısan. Oynamasan zorla oynadacaqlar. Elə oynadacaqlar ki, hətta göbək də atasan. Kitabda bunları oxuduqda belə qənaətə gəlmək olur ki, ABŞ ona etibar edən ölkələrdəki dövlət başçılarını əvvəldən hazırlayır. Bəs nəyə görə qoyduğları başqanları özləri də yola salırlar? Onlar gördükdə ki, bu başqan onların əmrlərinə tabe olmaq istəmir, həmən ölkə qəflətən antidemokratik rejim, dövlət başçısı isə diktator hesab olunur. Xalq həmişə müxalifətdə olur. Xalqı hər hansı şirin yalanlara aldatmağa nə var ki! Banu Avarın yazdıqlarına görə ölkələrdə ki, qiyamları beynəlxalq təşkilatlar edir. "Otpor"... Corc Soros və başqa şəxslər, təşkilatlar bu qiyamlarla əlbirdir. Əslində hamısı ABŞ və digər şəriklərə işləyir. Bu təşkilatların başında isə çoxları üçün adları məşhur olmayan, tanınmayan bankirlər durur. Dünyanı bankirlər çalxalamaqda, öz əsarətində saxlamaqdadır. Bu böyük banklar isə daha böyük və daha gizli təşkilatların əlindədir.
Hər bir kəs bir işdə, öz maraqlarını güdür. Elə bilməyin ki, onların sənə uzanmış əlini sıxdınsa, sabah səni tumarlayacaq, xeyr, əksinə, sabah sənin başını əzəcək.Ona görə də əcnəbi təkliflərə anında razılıq vermək olmaz, hər bir məsələni dərindən öyrənib, qərar vermək gərəkir. Amma çox dərinə gedilməsi də məsləhət görülmür. Həyat çox dərinə getmək üçün elə də uzun deyil. Nə də ki maraqsız deyil. Bu şirkətlər hər bölgədə var.Hətta universitedlərə belə ABŞ- da hazırlanmış müəllimlər gətirilir. Mitinqlərdə tələbə gənclərin çoxluq təşkil etməsi heç təsadüfi deyil. Əmək haqql həddən artıq az olsa da bir sıra universitetlərdə xaricdə təhsil almış gənc müəllimlərin dərs deməsi heç təsadüfi sayılmamalıdır. Onlar öz davranışları ilə daha tez etimad qazana və kumirə çevrilə bilir. Elə müəllimlərin özü mitinqlərdə görünməsə də, əməlləri görünür. Onların təhriki də bir zurna çalğısına bənzəyir. Bu "zurnanın" səsi bir sıra qəzet yazılarından da eşidilir. Bu çalğıya daha çox işsiz, evsiz, güzaranı pis olan, övladı həbsə düşmüş insanlar oynayır. Olara pul verərək həvəsləndirərək,beynini dolduraraq küçələrə çıxardırlar. Misir, Suriya, Livyada belə oldu.
ABŞ kimi dövlət, hədəf ölkələrin müxalifətinə özünün sağ əli kimi baxır. Müxalifət sayılanlar da yaxşı bilir ki, xaricdən dəstək olarsa, onun hakimiyyət əldə etmək arzuları həll olunacaq. Hakimiyyət hərisi olanları xalq, Vətən, dövlət maraqları əsla narahat etmir. Bəlkə də heç güman etmirlər ki, onların başı üstündən iş görən qüvvələr onlara və xalqına aşiq deyil və bu qüvvələr özlərinin milli maraqlarına xidmət edirlər. Heç onlar üçün ölkədə demokratiyaya maraq da əsas deyil. Bəzi Şərq ölkələrinin müxalifləri üçün geriyə yol da yoxdur. İqtidara qarşı nifrət onların gözünü elə tutur ki, daha xalqa məhəbbət hissi də korşalaşır. Hakimiyyət əldə etmək üçün isə müqəddəs olan heç nə tanınmır. Lakin tamam asılı vəziyyətdə olan insanların hakimiyyətə gəlişi heç onların özünə də fayda vermir. Müəyyən vaxtdan sonra bu şəxslər sakitləşir və yalnız o zaman milli maraqları xatırlayır və daha kiminsə qarşısında oynamaq istəmir. Lakin bu zaman onların xarici banklarda toplanmış vari-datı böyük elçilik vasitəsilə ortaya gətirilir və onlar susdurulur. Sussa da o daha etibarlı sayılmır. Bu zaman onu əvəz edəcək şəxs gündəmə gətirilir. Müəyyən zamanda isə bir vaxtların demokratı hesab olunan dövlət başçısı indi diktator hesab edilir.
Bunu etməkdən ötrü təkcə səfirliklər (böyük elçilik) yertərli sayılmır. Hədəf ölkələrdəki beynəlxalq xarakterli banklar daha mühüm rol oynayır. Öncə ölkənin Bank sahibləri şirkət sahiblərini ilə və özlərinin qurduğu, xaricilərin əli ilə yaratdığları şirkətləri özlərinə tərəf yönləndirirlər. Ilk olaraq onları ələ alırlar. Dövləti çox vaxt elə şirkətlər, banklar qoruyur. Lazım gəldikdə xaricdən pul gətirib onu böhrandan çıxardır, lazım gəlmədikdə isə inflyasiya həddini qaldırır , böhran, aclıq, qıtlıq yaradırlar. Bu isə narazı kütlənin artması deməkdir.
Azərbaycanda belə qüvvələr, belə şirkətlər, banklar varmı?
Əsas odur ki, həddini aşmış narazı və azğın qüvvələr, eləcə də "demokratiya" oyunbazlığına aludə olmuş şəxslər yoxdur.
"OLAYLAR"ın Cənub bürosunun təqdimatı ilə