28 yaşınadək 100 dəfə estetik əməliyyat keçirdi
24 İyul 2013 17:31 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ingiltərəli məşhur maneken Alisia Douval bu vaxtadək 100 dəfə estetik əməliyat keçirib. Sinəsini böyütmək üçün ilk dəfə 17 yaşında əməliyyat stoluna əyləşən maneken həyatının da ağrı-acılı olduğunu deyir. Gənc yaşlarında ana olan Alisia Douval birinci həyat yoldaşından ayrıldıqdan sonra maneken olmaq arzusuna düşüb. Ailəli olarkən evdən çölə çıxmayan, bütün vaxtını övladı və yoldaşına həsr edən maneken müstəqil həyata can atdıqda qadınların bu qədər baxımlı olmasının səbəbini öyrənər-öyrənməz əmliyyat stoluna əyləşib. Artıq özünü estetik əməliyyatlardan asılı hiss etdiyini deyən Alisia əməliyyatlardan qurtulmaq üçün reabilitasiya mərkəzlərinə də mürciət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31