Azərbaycanlı biznesmen Türkiyədə ən bahalı avtomobilə sahib olacaq

Rza Zərrab yeni avtomobili üçün 4 milyon xərcləməli oldu

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sevilən müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab yaxın günlərdə ən bahalı avtomobilin sahibi olacaq. Azərbaycanlı biznesmen bütün xərclər də daxil olmaqla bunun üçün nə az nə çox -4 milyon türk lirəsi xərcləməli olub. Rza Zərrabın bu cür addım atmasına baiskar kimi isə yenə də həyat yoldaşı Ebru Gündeş göstərilib. Belə ki, Ebru Gündeşlə ailə həyatı qurduqdan sonra biznesmen Kanlıcada 26 milyon dəyərində olan iki villa, 3 milyon 750 min türk lirəsi dəyərində ofis, 1 milyona Bodrumda istirahət məkanı, 960 min avro dəyərində isə ən bahalı avtomobillərdən birinə sahib olub. Yaxın 15 gündə biznesmenin yeni avtomobilinə qovuşacağı gözlənilir.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31