Meqan Foks nindza tısbağalarda çəkilir

27 yaşlı məşhur ulduz Meqan Foks tezliklə nindza tısbağaların macərası haqqında çəkilmiş filmdə oynayacaq. 
Publika.Az-ın məlumatına görə, ulduz filmdə baş qəhrəmanlardan birinin sevgilisi- Eypril Onili oynayacaq. Meqan çəkiliş meydançasında çəkilərkən paparazzilər onu izləyiblər. Bu yaxınlarda gözəl ulduzu Nyu Yorkda jurnalist rolunu oynayarkən görüblər. 
Xatırladaq ki, Meqan Foks bir il qabaq ana olub. Lakin çox tezliklə gözəl formasına qayıda bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31