Xuraman Şuşalıya daha bir qadağa

Müğənni spirtli içki verilən olan toylara getməyəcək

Xuraman Şuşalı özünə qızlardan ibarət qrup yaradıb. Bu barədə Axşam.az saytının müxbirilə söhbətində sənətçinin özü bildirib: "Bu, çoxdankı arzum idi. Uzun müddətdir ki, solist axtarırdım. Nəhayət, üç qız tapdım. Tanınmış simalar olmasalar da, çox istedadlı ifaçılardır. İndi mahnılar üzərində çalışırıq. Yeni mövsümdən toylara onlarla birlikdə gedəcəyəm".

Qeyd edək ki, Xuraman Şuşalı mətbuata açıqlamasında yalnız içki olmayan toy məclislərinə qatılacağını bildirib. Bundan başqa müğənni ailə həyatı qurduqdan sonra başını bağlayıb və açıq-saçıq geyimdə olan şəkillərinin mətbuatda və televiziyada yayımlanmasına qadağa qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31