Məşhur Hollivud aktyoru vəfat edib
Amerikalı aktyor Dennis Farina 69 yaşında vəfat edib
23 İyul 2013 20:16 MədəniyyətAPA xəbər verir ki, Farina ağciyərində tromb əmələ gəlməsi nəticəsində ölüb. Ömrünün son günlərini aktyor Arizona ştatının Skotsdeyl şəhərində keçirib. Farina aktyorluq karyerasına kifayət qədər gec başlayıb. O özünün ilk rolunu 1981-ci ildə, 37 yaşında oynayıb. Və yalnız 1985-ci ildə, Çikaqo polisində 18 illik xidmətdən sonra Farina qəti olaraq aktyor olmağa qərar verib.
Dennis Farina daha çox "Qanun və qayda" teleserialındakı Co Fontana rolu ilə yadda qalıb. Bizim tamaşaçılar onu "Kriminal əhvalat" teleserialındakı leytenant Mayk Torello rolu ilə tanıyırlar. O həmçinin "Sıravi Rayanın xilas edilməsi", "Gecə yarıyadək çatmalı", "Xaç anası", "İzləmə 2" filmlərində rol alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31