AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri işıq üzü görüb
23 İyul 2013 16:07 MədəniyyətAMEA Milli Azərbaycan Tarixi Muzeyinin "XIX əsr-XX əsrin I yarısı Azərbaycan maarifçiliyi və maarifçiləri" adlı məqalələr toplusu işıq üzü görüb. Toplu Azərbaycanda maarifin inkişafı, görkəmli maarifçilərin fəaliyyətinə dair məqalələrdən ibarətdir.
Toplunu digər bu mövzuda olan kitab, monoqrafiya və məqalələrdən fərqləndirən cəhət müəlliflərin iş prosesində muzeyin zəngin kolleksiyasında qorunan, indiyənədək geniş ictimaiyyətə və elmi dairələrə az məlum olan tarixi materiallardan istifadə etməsidir.
Elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı olan topluda "Ön söz"ün müəllifi muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovdur.
Topluya "Maarif fədaisi Həbib bəy Mahmudbəyov", "Rəşid bəy Əfəndiyev - maarifçi, yazıçı, pedaqoq", "Bir daha Mərdəkan bağçılıq məktəbinin tarixi haqqında", "Azərbaycanda Müqəddəs Nina məktəbinin tarixindən" və digər azərbaycan və rus dillərində məqalələr daxil edilib. ("OLAYLAR"İA)