Murad Boz Bakıya gələcək

Məşhur müğənni bir restoranın açılışında iştirak edəcək

Murad Boz yeni açılacaq bir restoranın açılışı üçün Bakıya gələcək. Konsertin təşkilatçısı, teleaparıcı İlhan Özbayın "Qafqazinfo"ya verdiyi məlumata görə, Murad Boz sentyabrın axırlarında Bakıda olacaq:
"Murad Bozu daha öncə başqa təşkilatçılar Bakıya gətirmək istəyirdilər. Amma bir sıra problemlər çıxdı. O, da gəlmədi. İndi biz onun meneceri ilə danışdıq, çox çətin şərtlərlə razılığa gəldik. Həmin şərtlərdən biri isə Murada veriləcək qonorarın əvvəlcədən ödənilməsidir. Murad Bozu Bakıya restoranının açlışına gətirən iş adamı da bu şərtlə razılaşıb. İnşallah sentyabrın sonunda Murad Bakıda konsert proqramı ilə çıxış edəcək".
Qeyd edək ki, Türkiyədə Tarkandan sonra ən çox tanınmış pop ulduz olan Murad Bozun Bakıya gəlmək üçün nə qədər qonorar tələb etdiyi isə bildirilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31