Azərbaycanlı müğənni xarabalıqda-yarıçılpaq
23 İyul 2013 14:19 MədəniyyətGənc müğənni Afaq Aslan isti yay günlərində istirahəti unudub, yaradıcılıq işləri ilə məşğuldur. Cazibədar ifaçı Nurlan Təhməzlinin bəstəsi olan "Aysan gecələrimdə" adlı mahnısına klip çəkdirir. Klipin rejissoru Rəhmandır. Klipin süjet xətti hələ gizli saxlanır. Afaqın verdiyi məlumata görə, hələ Azərbaycanın klip məkanında belə iş olmayıb: "Tam açıqlamayacağam necə çəkmişik. Bir onu bilirəm ki, bu klip "bomba" olacaq. Tamaşaçılarmız hələ belə klip görməyiblər".
Müğənni onu da əlavə etdi ki, "Aysan gecələrimdə" mahnısı artıq radio dalğalarında səslənir. Klip isə 10 günə tam hazır olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31