Həmyerlilərimiz 3 qran Pri ilə geri döndü
23 İyul 2013 12:46 MədəniyyətBakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən "Günay" teatr studiyası 13-cü Beynəlxalq "Balaton - İncəsənət- Gənclik" festivalından 3 Qran Pri ilə Vətənə dönüb. "OLAYLAR"ın verdiyi məlumata görə, Macarıstanda keçirilən festivalda Rusiya, Polşa, Bolqarıstan, Ukrayna, Ermənistan, Yakutiya iştirak edib. Teatr üzrə festivalın fəxri kubok və Qran Pri nominasiyasına "Günay" teatr studiyasının Andersanın əsəri əsasında hazırladığı " Rusalka" tamaşası təltif olundu. Rollarda: Rusaloçka-Murşudova Leyla, Prins-Rzayeva Lalə, Dəniz İfritəsi - Leyla Yusubova. Xoreqrafiya üzrə isə kütləvi rəqslər "Yallı" (quruluş Talıbova Günəş) , müasir rəqslər üzrə Səbinə Məmmədovanın ifasında Hacıbaba Məmmədovun quruluş verdiyi " Xeyrin Doğuluşu" rəqsi Qran Pri ilə təltif olundu. Milli rəqslər üzrə Leyla Yusubovanın ifasında "Turacı" və özbək rəqsi olan "Qara göz" rəqsi Qızıl medal qazandı. Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən "Günay" teatr studiyasının rəhbəri Larisa Tarusova festivalın fəxri diplomu ilə təltif edilib.