Sıla ilk dəfə Azərbaycana gələcək

Türkiyənin sevilən müğənnisi Sıla yaxın vaxtlarda Bakıya gələcək. Bu haqda SİA-ya təşkilatçı Cavid Rəbbani məlumat verib: "Sentyabr ayında qardaş ölkənin sevilən sənətçisi Sılanı paytaxtımızda qonaq edəcəm. Nəzərinizə çatdırım ki, Sıla Azərbaycanda ilk dəfə olaraq solo konsert verəcək. Sözügedən sənətçini Bakıya gətirməyimə səbəb pərəstişkarlarının istəyidir. Onu Bakıya gətirmək üçün dəfələrlə mənə müraciət olunub. Mən də qərara aldım ki, Sılanı Azərbaycana gətirərək pərəstişkarlarını sevindirim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31