Eks sevgilisi ilə videosunun yayılmasına əsəbiləşdi

"Mən bilmirəm onların məqsədi nədir"

Meyxanaçı Namiq Qaraçuxurlu mediada xalq artisti Aygün Kazımova ilə birgə videolarının yenidən yayılmasına əsəbiləşib. Axşam.az-ın məlumatına görə, sənətçi "Plyus-minus" verilişinə açıqlamasında bunu özünə qarşı qara piar hesab etdiyini deyib: "Bu süjeti çıxarmağın nə mənası var? Mən bilmirəm onların məqsədi nədir. Xəbəri görəndə çox əsəbiləşdim. Bəlkə də çoxları belə xəbərləri reklam hesab edir, sevinir. Bu yolla gündəmdə qalmağa çalışırlar. Amma bu, mənim üçün qara piar idi".
Meyxanaçı ölkədən getməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: "Bir dəfə dostlarla oturanda zarafatla dedim ki, xaricdə yaşayacağam. Bunu böyüdərək söz çıxardılar ki, Namiq Azərbaycandan birdəfəlik gedir. Mən bu yaradıcılığı, sevgini atıb gedə bilmərəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31