Ajda Pekkan gözəlliyi ilə illərə meydan oxudu
Cazibədarlığı, gümrahlığı ilə hər zaman xanımlara nümunə olan müğənni Ajda Pekkan bu dəfəki görünüşü ilə də hər kəsi çaş baş qoydu
22 İyul 2013 15:13 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən məlumatına görə, fotoqraf Nihad Odabaşına bir-birindən fərqli pozlar verən müğənni məşhurlar arasında ən çox estetik əməliyyatı keçirənlərdən biridir. Bu vaxtadək 18 dəfə estetik əməliyyatı olunan Ajda Pekkan 3 dəfə burnunu, 6 dəfə dodağını, 2 dəfə diz qapaqları və qarın bölgəsini, 4 dəfə üzünü, bir neçə dəfə isə sinəsini əməliyyat etdirib. İllərə meydan oxuyan müğənni yeni fotosessiyaları ilə də hər kəsin diqqətini çəkib. Qeyd edək ki, məşhur ifaçının son olaraq çəkilən şəkillərində fotoşopdan da istifadə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31