"Gərək maşınımı, evimi satım"

Kərim sponsorsuzluqdan şikayətləndi

Müğənni Kərim xarici şou-biznesə qatılmaq imkanlarından danışıb. Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, bunun üçün maddi imkanı yoxdur:
"Hər bir müğənni xarici şou-biznesə qatılmaq istəyir. Amma bu, yüz-iki yüz minlə alınacaq iş deyil. Xarici auditoriyanı ələ almaq üçün böyük işlər görməlisən. Mənim sponsorum yoxdur. Bu gün kişi müğənnilərə sponsorluq edən tapılmır. Xarici şou-biznesdə tanınmaq üçün gərək maşınımı, evimi satım. Bu isə mənə lazım deyil. Ölkəmdə lazımı qədər tanınıram, buranın çörəyini yeyirəm, mənə bəsdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31