Əbülfəs Qarayev Parisdə Xalq Rəssamı Toğrul Nərimanbəyovun məzarını ziyarət edib

"Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibəti ilə Parisdə mərasim keçirilmişdir. Mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib. 
Səfər çərçivəsində nazir Ə.Qarayev Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatı laureatları, SSRİ və Azərbaycanın Xalq Rəssamı, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyovun məzarını ziyarət etmiş, mərhumun məzarı üzərinə gül dəstələri qoyub.
Xatırladaq ki, Toğrul Nərimanbəyov cari il iyunun 2-də 83 yaşında Parisdə vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31