Tünzalə Ağayeva Türkiyədə danışıqlar aparır
19 İyul 2013 16:30 MədəniyyətYay olmasına baxmayaraq əməkdar artist Tünzalə Ağayeva aktiv iş rejimindədi. "Qafqazinfo"nun məlumatına görə, yaxın zamanlarda sənətçinin yaradıcılıq fəaliyyətində böyük dəyişikliklər gözlənilir.
Səbəb isə Türkiyənin aparıcı və məhşur musiqi kanalı "TRT Müzik"in ona təklif etdiyi böyük layihədir. Bu səbəbdən Tünzalə və prodüseri Yalçın Cabbarov artıq bir neçə gündür ki, İstanbulda kanal rəhbərliyi ilə danışıqlardadı.
Onu da deyək ki, layihə haqqında geniş məlumatı sənətçi yaxın günlərdə Bakıya döndükdən sonra xəbər verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31