Həkimi Tatlısəsi məhkəməyə verdi
19 İyul 2013 13:47 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iki il öncə silahlı hücuma məruz qalaraq xəsarət alan, hələ də öncəki halına qayıda bilməyən müğənni İbrahim Tatlısəs onu əməliyyat edən həkim haqda yazdığı fikirlərə görə məhkəməyə verilib. Məhkəməyə verildiyi üçün söylədiyi fikirlərə görə təəssüfləndiyini deyən müğənni yaxın günlərdə keçmiş həkimi İsmail Kocakla məhkəmədə üz-üzə gələcək. Bu haqda həkimin vəkili media nümayəndələrinə məlumat yayıb. Qeyd edək ki, İbrahim Tatlısəs silahlı hücum nəticəsində burnundan da əməliyyat edilmək məcburiyyətində qalaraq İsmail Kocak tərəfindən əməliyyata alınmışdı. Əməliyyatın uğursuz olduğunu deyən müğənni burnunun boru kəmərinə oxşadığını söyləyərək həkimin savadsız olduğunu vurğulamışdı. Məhz bu sözlərə tərəflər münasibətlərini məhkəmə yolu ilə həll edəcəklər.