Sənət dünyası şoka düşdü

200 milyon avroluq rəsm əsərlərini sobada yandırdı

Hollandiyanın Rotterdam şəhərində 2012-ci ildə bir qalereyadan oğurlanan Pikasso, Monet və Matisse və digər rəssamlara aid, ümumilikdə 200 milyon avro dəyərindəki əsərlərin sobada yandırıldığı ortaya çıxıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, oğrulardan birinin anası verdiyi açıqlama ilə sənət dünyasını şoka salıb.Romalı oğrunun anası, rəsm əsərlərini sobada yandırdığını deyib. O, sübutları məhv etmək üçün belə bir addım atdığını bildirib.Qadının evində aparılan araşdırma zamanı sobada boya, kətan və mismar qalıqları tapılıb.Rumıniyanın Milli Muzey müdiri Ernest Oberlander məşhur rəssamların əsərlərinin yandırıldığı iddiaları doğru çıxarsa, bunun insanlığa qarşı işlənmiş bir cinayət kimi tarixə keçəcəyini bildirib.Qeyd edək ki, oğurluqda günahlandırılanların məhkəməsi avqustun 13-də baş tutacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31