Azərbaycan Turizm İnstitutunda Elmi Şuranın iclası keçirilib
18 İyul 2013 18:01 Mədəniyyət"OLAYLAR"ın məlumatına görə, Azərbaycan Turizm İnstitutunda Elmi Şuranın növbəti tədris ilinə həsr olunan son iclası keçirilib. Rektor, tarix elmləri doktoru, professor Cəfər Cəfərov çıxışı zamanı ölkəmizdə qeyri - neft sektorunun aparıcı sahəsi sayılan turizm sənayesi infrastrukturunun inkişafına xüsusi önəm verildiyini detallı şərh etdi. Eyni zamanda ölkəmizin qocaman ali təhsil müəssisələri sırasına daxil olan Azərbaycan Turizm İnstitutunun 7 illik fəailiyyəti dövründə nəzərə çarpan uğurlar və məqsədli hədəflərdən söz açdı. 2010-cu ilin ilk məzun buraxlışından indiyədək ATİ-dən 725 nəfərin məzun olduğunu, onlardan 12 nəfərin magistr, 72 nəfərin isə eyni zamanda Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu aldığını diqqətə çatdırdı. ATİ məzunlarından böyük əksəriyyətinin nüfuzlu otel və turizm müəssisələrində çalışdıqlarını qeyd etməklə yanaşı, institutun nəzdində Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 550 şagirdin təhsil aldığını diqqətə çatdırdı.Sonra ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov, Turizm və Qonaqpərvərlik fakültəsinin dekan əvəzi Sənan Əliyev, Xidmət mühəndisliyi fakültəsinin dekan əvəzi Sevda Vəzirova, Magistratura, doktorantura və əlavə təhsil şöbəsinin müdiri Nəsirulla Nəsirli 2012-/2013 -cü tədris ilinin yay imtahan sessiyasının nəticələri və 2013/2014-tədris ilinə hazırlığın vəziyyəti haqqinda hesabat-məruzə etdilər. Müzakirələr zamanı irəli sürülən təkliflər müsbət qarşılandı.