Müğənni anasının gözünü qoluna döydürdü FOTO

Pop ulduz yeni döyməsini “analar sizi hər zaman izləyir” adı ilə paylaşıb

Məşhur müğənni anasının gözünü əlinə döydürüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, kanadalı məşhur pop ulduz, Castin Biber bədənindəki döymələrin kolleksiyasına birini də əlavə edib. Qalmaqalları ilə gündəmdən düşməyən 19 yaşlı pop ulduz sol qolundakı döymənin şəklini sosial şəbəkələrdəki hesabında fanatları ilə paylaşıb. Şəkli "Analar sizi hər zaman izləyir" başlığı altında bölüşüb.

İddialar görə, Castin bu döyməni anasının onun qalmaqaları ilə bağlı televiziya programlarından birinə qatılmasından sonra etdirib.

Qeyd edək ki, müğənni sonuncu dəfə restoranların birindəki qeyri-etik hərəkəti və ABŞ-ın eks prezidenti Bill Klintonu söyməyi ilə yadda qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31