İlhamə Quliyeva: “Nazpəri mənim başıma pul qoyub” VIDEO

Xalq artisti İlhamə Quliyeva növbəti şok açıqlama verib

Xalq artisti İlhamə Quliyeva növbəti şok açıqlama ilə çıxış edib. "Show.az"ın yazdığına görə, xalq artisti gizli qalan faktları ictimaiyyətə bildirmək qərarına gəlib.
İlhamə Quliyeva bildirib ki, xalq artisti Nazpəri Dostəliyeva onun başına böyük miqdarda pul qoyubmuş: "Sənətdə bir mənfi adam mənim başıma böyük pul qoymuşdu. Həmin o Nazpəri... Demişdi ki, kim İlhamənin ölüm xəbərini birinci mənə xəbər versə, ona böyük bir hədiyyə verəcəm.
Ay utanmaz, sənə mən nə etmişəm ki, başıma belə böyük qiymət qoyursan?! Gör mənim nə qədər qiymətli başım, nə qədər qiymətli adım-sanım var. İstəyirlər ki, İlhamə arenada olmasın, nə istəyirlər etsinlər. Nə qədər ki, mən varam, heç kəs həddini aşa bilməz!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31