Milyon dollarlıq tablolar kül oldu

İzi itirmək istəyən qadın Pikasso, Monte və başqalarına məxsus əsərləri sobaya atıb

Roterdamdakı sənət muzeyindən oğurlanan milyon dollarlıq tablolar yandırılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, dünyanın ən məşhur rəssamlarına aid 7 tablo 2012-ci ilin sentyabr ayında oğurlanmışdı. Onlardan ikisi Klaude Monteyə, digərləri isə Pikasso, Paul Qauquin, Henri Matisse, Lusian Freud və Meyer de Haana məxsus olub.

100 milyon dollarla qiyməti olan əsərlərini Rumıniya vətəndaşları- 6 nəfər oğurlayıb. Əsərləri külə çevirən isə onlardan birinin anası olub. Belə ki, qadın oğlu da daxil olmaqla, əlbir olduğu şəxslərin həbs edildiyini eşidən kimi əsərləri sobaya atıb. Bu addımını isə o, oğurluqla bağlı heç bir iz, sübut saxlamaq istəmədiyini deyib.

Qeyd edək ki, istintaq zamanı həbs edilən və milyonlarla dollar ziyan vuran rumıniyalıların məhkəməsi avqust ayında baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31