Coli və Pittin toyundan yeni təfərrüat
Məşhur cütlük dənizdə bir birinə "hə" deyəcək
18 İyul 2013 11:43 MədəniyyətDünyanın ən məşhur cütlüyünün toyu haqqında yeni məlumatlar üzə çıxıb. ANS PRESS-in dünya mətbuatına istinadla verdiyi məlumata görə, Ancelina Coli və Bred Pitt gəmidə evlənəcəklər. Toy Şotlandiya sahillərində dayanan "Hebridean Princess" adlı gəmidə baş tutacaq. Ailəyə yaxın mənbələrin sözlərinə görə, bu ideya cütlüyün ən böyük oğlu olan Maddoksa aiddir.
Brancelinanın paparazzilərin görüntü ala bilməməsi üçün gəminin istiqamətini dəyişdirə biləcəyi də istisna edilmir. Hollivud cütlüyünün toya yalnız ailə üzvlərini dəvət edəcəyi iddia edilir.
Qeyd edək ki, "Hebridean Princess" adlı gəmi İngiltərə kraliçası II Yelizavettanın 80 illik yubilleyinə də ev sahibliyi edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31