Telman Adıgözəlovun 60 illik yubileyi qeyd olunacaq

Azərbaycanın xalq artisti, mərhum sənətkar Telman Adıgözəlovun 60 illik yubileyi münasibətilə sənətkarın dostları və Beynəlxalq Diaspora Mərkəzinin təmsilçiləri onun məzarını ziyarət ediblər. Mərkəzdən "OLAYLAR"-a verilən məlumata görə, aktyorun məzarı önündə çıxış edən xalq artisti Ramiz Novruzov, əməkdar artist Kazım Abdullayev, xalq artisti Cəfər Namiq Kamal və başqaları sənətkarın həyatı və yaradıcılığı haqqında danışıblar. Daha sonra BDM-in sədr müavini Samir Adıgözəlli mərhum aktyor haqqında çıxış edərək, onun təkcə mədəniyyət xadimi deyil, eyni zamanda vətənpərvər biri olması, xalqın milli məsələlərinə həssas yanaşdığını və demokratik ruha sahib bir şəxsiyyət olduğunu vurğuladı. Yaxın dostları çıxışlarında Telmanın onlardan vaxtsız ayrılmasına baxmayaraq, daim qəlblərində yaşadığını bildiriblər. Samir Adıgözəlli bildirir ki, mərhum aktyorun 60 illik yubileyi münasibətilə bu ilin oktyabr ayında Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə xatirə gecəsi keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31