“Elçilərimin sayı artıb” – Mila VIDEO
17 İyul 2013 17:34 MədəniyyətTanınmış müğənni Milanın "Yaşandı" klipi Türkiyənin TMB-kanalında yayımlanmağa başlayıb. Bu barədə "Olaylar"a açıqlama verən Mila bildirib ki, onun "Yaşandı" klipi TMB-kanalında yaımladıqdan sonra qardaş ölkədən çoxlu mesajlar alır: "Mənim "Yaşandı" klipim TMB-də yayımlanandan sonra Türkiyədən çoxlu təşəkkür mesajları alıram. İnanın ki, bunu elə-belə reklam xatirinə demirəm. Hətta Türkiyədən mənim nömrəmi tapıb çoxlu təşəkkür mesajları yazanlar da var. Bu klipim üzə çıxandan bəri başıma bəla olub. Mahnını, ifamı, klipi bəyənmələri bir yana, elçilərimin də sayı artıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31