Məşhur cütlük ayrıldı
Aktrisa Sinem Kobalı ilə futbolçu Arda Turanın ayrılması haqda yayılan məlumatlar təsdiqini tapdı
17 İyul 2013 16:35 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sinem Kobalı məlumatı inkar etsə də Arda Turan bu mövzuda verilən sualları cavablandırmaqdan imtina edib. Cütlüyün yaxın ətrafından media nümayəndələrinə çatan məlumata görə, Arda Turan bir daha onunla birgə olmayacağını, bu dəfə hər şeyə birdəfəlik son qoyacağını deyib. Sinem Kobalının isə müxtəlif yollarla Arda Turanla anışmaq cəhdləri isə boşa çıxıb. Nişanlısından daxil olan zəngləri cavabsız qoyan futbolçunun bu cür addım atmasına səbəb kimi isə Sinemin telefonuna gələn mesaj olub. Cütlüyün avqusta təyin etdikləri toy gününn bir müddət öncə 2014-cü ilə təxirə salması da birmənalı qarşılanmamışdır. Bir çoxları bu gedişlə onların ayrılacağını öncədən proqnoz etmişdi.