Ötən ay Azərbaycanda bir şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib
17 İyul 2013 16:01 MədəniyyətMədəniyyət və Turizm Nazirliyi tərəfindən iyun ayı ərzində bir şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, lisenziya "MİKADO" MMC-yə verilib. Şirkət Bakıda fəaliyyət göstərəcək. Lisenziya Azərbaycan Prezidentinin 02.09.2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Nazirlər Kabinetinin 07.11.2002-ci il tarixli və 05.12.2008-ci il tarixli "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" qərarlarına uyğun olaraq verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31