“Azərbaycanfilm”də “Motivlər…” kinoalmanaxının çəkilişlərinə başlanılıb
17 İyul 2013 15:57 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Motivlər..." adlı kinoalmanaxın çəkilişləri başlanıb. "Motivlər..." kinoalmanaxı Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsində "Adari Films" tərəfindən qalib layihə kimi təsdiqlənib.
Kinoalmanaxda xaricdə kino təhsili almış altı azərbaycanlı gəncin çəkəcəyi altı qısametrajlı film yer alacaq.
Layihə çərçivəsində ilk olaraq rejissor Rüfət Həsənovun "Bazar günü" qısametrajlı filminin çəkilişlərinə start verilib. Rüfət Həsənov Bates College (ABŞ), Kino və Teatr Rejissorluğu məzunu, beş filmin müəllifidir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31