“Azərbaycanın “Köç” filmi Neapolda nümayiş olunacaq

Avqustun 20-dən 25-dək İtaliyanın Neapol şəhərində VI Beynəlxalq "Faito doc Festival" sənədli filmlər festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, festivalda ölkəmiz Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmayılovun "Köç" sənədli filmi ilə təmsil olunacaq.
30-dan çox ölkədən rejissorların iştirak edəcəkləri festivalın əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətlərinin qiymətləndirilməsinə və qavranılmasına yardım göstərmək, eləcə də Asiya ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdan ibarətdir. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31